image-1706783369_teyyare-2backend

Avropada aviasiya böhranı: minlərlə reys dayandırıldı

“Lufthansa” Yaxın Şərqdə artan gərginlik səbəbilə kəskin bahalaşan təyyarə yanacağı qiymətlərindən ciddi zərər görür. Şirkət maliyyə təzyiqləri səbəbilə 20 min qısa məsafəli uçuşu ləğv etmək qərarı verib.

Referans Media xəbər verir ki, “Lufthansa” oktyabr ayına qədər planlaşdırılan reyslərin əhəmiyyətli hissəsini sistemdən çıxaracaq və hər gün təxminən 120 uçuşu dayandıracaq.

Şirkət açıqlamasında qeyd olunub ki, Yaxın Şərqdəki münaqişələrdən sonra təyyarə yanacağı qiymətləri təxminən iki dəfə artıb. Ləğv edilən uçuşların ümumilikdə 40 min ton təyyarə yanacağına bərabər olduğu bildirilir.

Yeni strategiyaya əsasən, “Lufthansa” xüsusilə qısa məsafəli və az gəlirli reysləri azaltmağa çalışır. Uzun məsafəli beynəlxalq uçuşların isə qorunacağı açıqlanıb.

Avropada aviasiya böhranı dərinləşir

Sektor üzrə digər şirkətlər də oxşar addımlar atır. “KLM” artıq Avropa daxili 160 uçuşu ləğv edib. Bu isə aviasiya sektorunda genişmiqyaslı böhran ehtimalını artırır.

Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropanın yaxın zamanda təyyarə yanacağı çatışmazlığı riski ilə üz-üzə qala biləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki