ABŞ İranın iddiasını təkzib etdi: “F-16-ya zərbə endirilməyib”

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin raket hücumu nəticəsində zədələndiyi və təcili eniş etmək məcburiyyətində qaldığı barədə iddiasını təkzib edib.

Referans Media haberler.com-a istinadən xəbər verir ki, CENTCOM-un “X” sosial şəbəkəsindəki açıqlamasında noyabrın 20-də ABŞ-a məxsus heç bir F-16 təyyarəsinə hücum edilmədiyi bildirilib.

Qeyd olunub ki, Yaxın Şərqdəki bütün ABŞ hərbi təyyarələri təhlükəsizdir və onların vəziyyəti təsdiqlənib.

Xatırladaq ki, İran dövlət televiziyası ölkənin cənubunda ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin raket zərbəsi nəticəsində zədələndiyini və təcili eniş etdiyini iddia etmişdi. Lakin yayımlanan görüntülərdə təyyarənin zədələndiyini təsdiqləyən aydın kadrlar yer almayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki