Yeni ilin başlamasına az qalmış bolqarıstanlı kahin Baba Vanqanın 2026-cı ilə dair iddiaları yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. “Balkanların Nostradamusu” kimi tanınan və keçmişdə bir sıra hadisələri qabaqcadan gördüyü iddia olunan Baba Vanqanın növbəti ilə bağlı söylədikləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə yol açıb. Onun 2026-cı illə bağlı proqnozları həm narahatlıq yaradıb, həm də böyük maraq doğurub.
Referans Media xəbər verir ki, İkinci Dünya müharibəsi, 11 sentyabr terror aktları, şahzadə Diananın ölümü, Barak Obamanın ABŞ prezidenti seçilməsi və hətta koronavirus pandemiyasını əvvəlcədən bildiyi iddia edilən Baba Vanqa, bu dəfə 2026-cı ilə dair iddiaları ilə gündəmdədir.
İqtisadi çöküş xəbərdarlığı
Kahinin iqtisadiyyatla bağlı proqnozları xüsusilə diqqət çəkir. İddialara görə, 2026-cı ildə həm rəqəmsal, həm də nağd pul sistemləri ciddi böhranla üzləşəcək, bank sektorunda problemlər yaranacaq, valyutalar dəyər itirəcək və likvidlik çatışmazlığı qlobal inflyasiyanı sürətləndirəcək. Baba Vanqaya görə, bu proses fonunda qızılın qiyməti rekord səviyyələrə yüksələcək.
Təbii fəlakətlər ili
Baba Vanqa 2026-cı ilin güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələri ilə yadda qalacağını iddia edib. Bildirilir ki, bu fəlakətlər Yer kürəsinin quru sahələrinin təxminən 7–8 faizinə təsir göstərə və ekosistemlərə ciddi zərər vura bilər. Kahinə görə, iqlim dəyişikliyi ilə əlaqəli bu hadisələr milyonlarla insanın həyatına təhlükə yaradacaq, hətta Avropanın böyük hissəsinin yaşanmaz əraziyə çevriləcəyi ehtimalı irəli sürülür.
Süni intellektlə bağlı risklər
Baba Vanqanın digər iddiası texnologiya sahəsinə aiddir. O, 2026-cı ildə süni intellektin insan nəzarətindən çıxa biləcəyini və gündəlik həyatda həlledici rol oynayacağını iddia edib. Kahinə görə, süni intellekt etik müzakirələri aşaraq iqtisadiyyat və müharibələr daxil olmaqla bir çox sahəyə nəzarət edə bilər.
Üçüncü Dünya müharibəsi ehtimalı
Ən çox diqqət çəkən proqnozlardan biri isə geosiyasi gərginliklə bağlıdır. Baba Vanqanın iddialarına görə, Çin, Rusiya və ABŞ arasında artan qarşıdurma 2026-cı ildə Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Kahinin “Şərqdə başlayan bir müharibə Qərbi məhv edəcək” sözləri bu kontekstdə xatırladılır.
“Yadplanetlilərlə ilk təmas” iddiası
Baba Vanqanın ən fantastik proqnozu isə 2026-cı ilin noyabr ayına təsadüf edir. İddia olunur ki, həmin vaxt nəhəng bir kosmik gəmi Yer atmosferinə daxil olacaq və bəşəriyyət ilk dəfə yadplanetli varlıqlarla birbaşa təmas quracaq. Bu hadisə həm qorxu, həm də ümidlə müşayiət olunan tarixi dönüş nöqtəsi kimi təsvir edilir.
Qeyd edək ki, Baba Vanqanın proqnozları elmi əsaslara söykənməsə də, hər il olduğu kimi bu dəfə də dünya ictimaiyyətində geniş rezonans doğurub.























