Vaşinqton–Tehran xəttində yeni ssenari: Trampın gizli planı üzə çıxdı

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupuna İrana qarşı sürətli və qətiyyətli hücum etmək istəyini bildirib.

Referans Media  xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

“Tramp milli təhlükəsizlik komandasına deyib ki, zərbələrin həftələr və ya aylarla davam edən uzunmüddətli müharibəyə səbəb olmasını istəmir.

Məsləhətçilər Ağ Ev rəhbərinə ABŞ-ın hərbi hücumu nəticəsində İran rejiminin tez bir zamanda süqut edəcəyinə dair zəmanət verə bilməyiblər”, – deyə qeyd olunub.

Məlumata görə, rəsmilər ABŞ-ın Yaxın Şərqdə İranın mümkün cavab zərbəsindən qorunmaq üçün kifayət qədər resursa malik olmamasından narahatdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki