ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan senator Lindsi Qraham Türkiyəni təhdid edib.
Referans Media xəbər verir ki, Qraham Hələbdə hücumlar həyata keçirdikdən sonra geri çəkilməyə məcbur olan YPG terror təşkilatı vasitəsilə Türkiyəyə təhdid mesajı verib.
“Suriya ordusu qüvvələrinin və Türkiyənin kürd müttəfiqlərimizə qarşı daha da irəlilədiyinə dair məlumatlar aldım. Bu addım ABŞ-ın güclü reaksiyasına səbəb olacaq. Yeni Suriya hökumətinə şans verilməsini dəstəkləyirəm, lakin İŞİD-i məhv etməkdə əsas qüvvə olan və illərdir İsraillə güclü ittifaqda olan kürd müttəfiqlərimizə qarşı hücuma nə dözəcəyəm, nə də qəbul edəcəyəm. Suriya hökumətinə və Türkiyəyə deyirəm ki, ağıllı seçim etsinlər”, – deyə o qeyd edib./Publika.az























