Vətəndaşların nəzərinə: Polis zəng edəndə bu protokolu tələb edin! – VİDEO

Vətəndaşlar tərəfindən tez-tez verilən suallardan biri də polis orqanlarının vətəndaşı bölməyə və ya idarəyə telefon vasitəsilə çağırıb-çağıra bilməməsi ilə bağlıdır.

Referans Media xəbər verir  ki, vəkil Toğrul Rüstəmov bu suala aydınlıq gətirib.

Onun sözlərinə görə, polisin vətəndaşı bölməyə və ya idarəyə çağırması üçün çağırış vərəqəsinin ona göndərilməsi şərtdir: “Lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.6-cı maddəsinə görə, polis vətəndaşı telefon və ya digər rabitə vasitəsilə də çağıra bilər”.

Vəkil qeyd edib ki, bu halda vətəndaşa çağırış vərəqəsində yer alan məlumatlar təqdim edilməli, yəni hansı orqana, kim tərəfindən və hansı məsələ ilə bağlı çağırıldığı bildirilməlidir.

Vəkil, həmçinin vurğulayıb ki, vətəndaşa hüquq və vəzifələri izah olunmalı, bu barədə müvafiq protokol tərtib edilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki