Xalq artisti reabilitasiya mərkəzinə yerləşdirildi 

Xalq artisti Fatma Mahmmudova reabilitasiya mərkəzinə yerləşdirilib.

Referans Media  xəbər verir ki, bu haqda Əməkdar artist Kubra Əliyeva paylaşım edib. O bildirib ki, aktrisa müalicəsini mərkəzdə davam etdirir.

Əli zədələnən F.Mahmudova artıq sağaldığını bildirib:

“Əvvəl əlimi işlədə bilmirdim, indi yaxşıdır”.

Qeyd edək ki, F.Mahmudova bir neçə dəfə insult keçirib. Sonuncu dəfə o, bu ilin yazında insult keçirtmiş və xəstəxanaya yerləşdirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki