Xəzər GERİ ADDIMLAYIR: “Dəniz” yoxa çıxacaq? backend

Xəzər GERİ ADDIMLAYIR: “Dəniz” yoxa çıxacaq? 

Dənizə tökülən çayların ekosistemləri
də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən
kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.

 

Bu, Coğrafiya
İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə
landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə
apardığı ekspedisiya zamanı məlum olub.

 

Təhlillərə görə,
sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin
aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə
baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri
çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.

 

Ekoloq
Rövşən Abbasov Referans
-a açıqlamasında bu problem haqqında danışıb.

 

“Xəzər
dənizinin səviyyəsinin aşağı düşməsi uzun müddətdir müzakirə olunan məsələlərdən
biridir. Bir çox mütəxəssislər hesab edirlər ki, Xəzər dənizində səviyyə tərəddüdü
dövri xarakter daşıyır. Bir müddətdən sonra səviyyənin yenidən artımı baş verə
bilər. Digər aparılan tədqiqatlara görə isə səviyyənin aşağı düşməsi uzun müddət
davam edəcək və bu davametmə fonunda çox böyük problemlər yaşana bilər”.

 

Ekspert
bildirib ki, Xəzər dənizinin əsas su mənbəyi Xəzərə tökülən çaylardır və bu
çaylar vasitəsilə Xəzərə külli miqdarda su gəlir.

 

“Son
15 ildə Xəzərə tökülən çayların suyunda kəskin azalma baş verib. Bu azalma əsasən
Volqa çayını əhatə edir. Bir şeyi də nəzərə almalıyıq ki, Xəzərə su gətirən əsas
çay elə Volqa çayıdır. Xəzər sularının 80 faizindən çoxu bu çay vasitəsilə gəlir.
Buna görə də bu çayın suları bərpa olunmalıdır. Xüsusilə də, Rusiya ərazisində
Xəzər hövzəsinə aid çaylarda xüsusilə Volqadan çoxlu su götürülür və Volqa üzərində
tikilmiş su anbarlarının sahəsi 25 min kvadrat kilometrə yaxındır ki, bu da çox
böyük bir ərazidir. Burada çox böyük itkilər baş verir. Bu da öz növbəsində Xəzərin
səviyyəsini azaldır”.

 

Rövşən
Abbasov qeyd edib ki, problemin həlli üçün Xəzəryanı dövlətlər biryerə yığışmalı
və bu problemi müzakirə etməlidirlər. Rusiya da daxil olmaqla təkliflər
hazırlamalıdırlar.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki