Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur

Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər.

Referans Media xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən, digər maddi-texniki avadanlıqlardan fərdi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməyəcəklər.

Bundan əlavə, qanun layihəsinə əsasən, vəzifəli şəxslərin reklamla məşğul olması, eləcə də şəxsi maraq və ya hər hansı haqq müqabilində sahibkarın, onun istehsal və ya idxal etdiyi malın, gördüyü işin və göstərdiyi xidmətin lehinə münasibət bildirməsi yolverilməz hesab ediləcək./NOCOMMENT.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki