8 Noyabr – Zəfər Günü münasibətilə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə dövlət tərəfindən birdəfəlik maddi yardım və ya əlavə müavinətin verilməsi məsələsi maraq doğurur.
Bəs bu il bayram münasibətilə belə bir qərarın qəbul edilməsi mümkündürmü?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Zəfər Günü münasibətilə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə birdəfəlik maddi yardımın göstərilməsi məqsədəuyğun olardı.
Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah
Onun sözlərinə görə, bu cür yardımların verilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur:
“Belə bir yardımın göstərilməsi yaxşı olardı. Ancaq bununla bağlı qərarı Nazirlər Kabineti verir. Nazirlər Kabineti belə bir qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarın veriləcəyini, yaxud verilməyəcəyini indidən söyləmək çox çətindir. Hələlik bununla bağlı hər hansı müzakirə yoxdur”.
Beləliklə, iqtisadçının fikrincə, Zəfər Günü münasibətilə birdəfəlik maddi yardımın verilməsi mümkün olsa da, bununla bağlı qərarın qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.
