Bu dəfə pişiyi binadan atdılar: "Nə vaxtdan vəhşi olmuşuq?"

Müğənni Dilarə Kazımova binanın yuxarı mərtəbəsindən pişiyi küçəyə atan şəxslə bağlı paylaşım edib.


Referans Media  xəbər verir ki, Bakıda binalardan birində pişik yuxarı mərtəbədən yerə atılıb və ciddi xəsarət alıb.

Hadisəyə münasibət bildirən ifaçı heyvanlara qarşı zorakılıq göstərən şəxsləri qınayıb.

"Bu nədir? Vəhşi olmuşuq biz? Bu cür pişik və itləri binadan atan şəxslər cəmiyyət arasında olmamalıdır".


Qeyd edək ki, bundan əvvəl paytaxtın Qaradağ rayonunda Ağakişiyev soyadlı şəxs hündürmərtəbəli binadan it atıb. O, bu əmələ görə 25 sutka inzibati həbs cəzasına məhkum edilib./axsam.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki