Referans Media xəbər verir ki, Yunan mətbuatının məlumatına görə, Cənubi Egey bölgəsində yerləşən Kerpe adasına “Patriot” hava hücumundan müdafiə batareyası yerləşdirilib. Eyni zamanda Şimali Kipr Türk Respublikası ilə bölünmüş adanın cənubunda yerləşən Cənubi Kipr Rum Administrasiyası (GKRY) istiqamətinə iki freqat və dörd F-16 qırıcı təyyarəsi göndərilib.
Bildirilir ki, bu addımlar hava müdafiə imkanlarının artırılması və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbir məqsədi daşıyır.
Həmçinin Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bu gün GKRY-yə səfəri gözlənilir. Səfərdə Baş Qərargah rəisi, ordu generalı Dimitrios Hupisin də iştirak edəcəyi qeyd olunur.























