image-sinif-otagi-usaqlarbackend

Yayılan virusa görə məktəblər bağlanacaq? – Rəsmi CAVAB

Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müşahidə olunur. Bu vəziyyət cəmiyyətdə məktəblərin müvəqqəti bağlana biləcəyi ilə bağlı suallar doğurub. Sosial şəbəkələrdə bu məsələ geniş şəkildə müzakirə olunur.

Bəs, məktəblərin bağlanması gündəmdədir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəblərdə tədrisin distant formaya keçirilməsi məsələsi müzakirə mövzusu deyil.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz olaraq davam edir:

“Eyni zamanda məktəblərin pedaqoji kollektivinə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə olunub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki