İran və Rusiya qlobal enerji bazarında ədalətli sistemin formalaşdırılması üçün böyük potensiala malikdir. Bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bəyan edib.
Referans Media xəbər verir ki, diplomat bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) sammitinə həsr olunmuş məqaləsində yazıb.
Cəlalinin sözlərinə görə, İran və Rusiyanın Moskvada birgə iştirakı hər iki ölkənin qlobal enerji bazarında ədalətli sistemin yaradılması üçün əhəmiyyətli imkanlara malik olduğunu göstərir.
Səfir qeyd edib ki, qlobal qaz bazarının gələcəyi müxtəlif təchizat mənbələrinə, plüralizmə və təchizatçı ölkələrin suverenliyinə hörmət prinsiplərinə əsaslanmalıdır.
Onun fikrincə, mövcud tendensiyalar enerji bazarında müxtəlif təchizatçıların iştirakını və ölkələrin öz enerji resursları ilə bağlı suveren hüquqlarına hörmət edilməsini zəruri edir.
