Tovuzda qətlə yetirilən şəxs qazi imiş

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Referans Media  Oxu.Az-a istinadla xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin - 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb.


Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, mərhum Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndindəndir. O, Tovuzda kirayədə qalırmış. N.Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanıb və göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunub.

Cinayətin də sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində törədildiyi ehtimal olunur. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Tovuzda qətlə yetirilən şəxs qazi imiş


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki