Yeni icra başçısı DTX-nin polkovniki imişbackend

Yeni icra başçısı DTX-nin polkovniki imiş

  Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Referans.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bəs Natiq Nuşravan oğlu Ağayev kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev 2022-ci ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məlumata görə, buna qədər Natiq Ağayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sumqayıt şəhər idarəsinin rəisi işləyib.

Qeyd edək ki, o, polkovnik rütbəsində idi.
 
   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki