Yeni nazirin təəccüb doğuran əmri – “Sireni açıq saxlayın!”

Səhiyyə Nazirliyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə təcili yardım maşınları ilə bağlı maraqlı göstəriş verilib.

Referans Media xəbər verir ki, bu barədə Mia.az-a verilən məlumata görə, tapşırığa əsasən, təcili yardım maşınları çağırışa gedərkən və ya dönərkən maşında xəstə olub-olmamasından aslı olmayaraq, hərəkətdədirsə, mütləq siren açıq olmalıdır.

Məlumata görə, bu möhkəm siren səsi şəhər sakinləri ilə yanaşı, sürücülərin, hətta onlarla birgə çağırışa gedən həkimləri də narahat etməyə başlayıb: "Təsəvvür edin ki, yol boşdur və təcili yardım maşını sireni açıq gedirsən. Buna qulaqmı dözər?!".

Məlumatda deyilir ki, tapşırığa əməl etməyən sürücüləri mərkəz rəhbərliyi cəzalandırır:

"Bu səs məsələsinə Mərkəzin "Operativ" şöbəsinin müdiri Bəsirə Kərimova nəzarət edir. O, yollarda hərəkətdə olan təcili yardım maşınlarını yoxlayır, əgər hansısa birini sireni bağlı halda tutsa, dərhal saxladır və təhdid edir. Çox açıq deyirlər ki, bu, əmrdir və əmri də yeni Səhiyyə naziri Anar Bayramov verib, icrası mütləqdir. İndi siz təsəvvür edin ki, yollar boşdur, ancaq siren dayanmamalıdır. Axı, şəhərdə hər yan yaşayış massividir, camaatın evində xəstəsi, körpəsi var. Boş-boşuna ucadan siren nəyə lazimdir?

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki