Zelenski gələn həftə Trampla görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Prezident Donald Trampla görüşmək üçün ABŞ-yə səfər edə bilər.

Referans Media xəbər verir ki, bu barədə “Axios” özəl mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Zelenskinin gələn həftə Trampla görüşmək və təhlükəsizlik sazişini yekunlaşdırmaq üçün ABŞ-yə səfər planlaşdırır.

İki liderin 19-23 yanvar 2026-cı il tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda görüşə bilər.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki