Yamal onu “Barselona”da görmək istəyir

Lamin Yamal “Barselona”nın sağ cinahında Pedro Porro ilə tərəfdaşlıq qurmaq istəyir. İki oyunçu İspaniya millisində birlikdə yaxşı anlaşırlar.

Referans Media xəbər verir ki, “El Nacional” qəzetində dərc olunmuş məqalədə deyilir ki, “Porro Yamalın ehtiyaclarına mükəmməl uyğun gəlir. O, daim hücumlara qoşula, aqressiv oynaya və cinahda genişlik yarada bilən bir oyunçudur”.

Qeyd olunur ki, Porro Yamala hücum cinahında daha çox sərbəstlik verir. Bu, xüsusən də rəqibin dərin müdafiə olunduğu matçlarda “Barselona”ya kömək edə bilər.

Mənbənin məlumatına görə, Pedro Porro yanvar ayında “Tottenhem”dən ayrılmağa hazırdır. 27 yaşlı müdafiəçinin transfer qiyməti təxminən 70 milyon avro ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki