Nəhəng klublar onu transfer etmək istəyirlər

İngiltərənin nəhəng klubları "Brentford"un futbolçusu Kevin Şade ilə maraqlanırlar.

Referans Media xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

"Arsenal" və "Liverpul" 24 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir. "Brentford" isə oyunçunu komandada saxlamağa çalışır.

Xatırladaq ki, Kevin Şadenin Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm bütün turnirlərdə altı oyuna çıxıb və üç qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki