Zelenski sevinir: Tramp Ukrayna ilə bağlı QƏRAR VERDİbackend

Zelenski sevinir: Tramp Ukrayna ilə bağlı QƏRAR VERDİ

  ABŞ Prezidenti Donald Tramp Ukraynanın Yenidənqurulması üzrə Amerika İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessent məlumat verib.

Qeyd olunur ki, fond Ukraynanın bərpası üçün Amerika şirkətlərini, resurslarını və mütəxəssislərini səfərbər etmək məqsədi ilə yaradılıb.

 “Sağlam makroiqtisadi idarəetmə və güclü xarici sərmayə ilə Ukraynanın iqtisadi gələcəyi keçmişindən qat-qat güclü olacaq. Yenidənqurma üçün İnvestisiya Fondu bu uğurlu gələcəyin kilidinin açardır. ABŞ çalışacaq ki, Rusiya hərbi maşınını maliyyələşdirən və ya təchiz edən heç bir şəxs, dövlət və ya şirkət Ukraynanın yenidən qurulmasından faydalanmasın”, – Bessent vurğulayıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki