Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yeni kütləvi hücum hazırlığı barədə xəbərdarlıq edib.
O, bu barədə axşam müraciəti zamanı kəşfiyyat məlumatlarına istinadən xəbər verib.
Zelenskinin sözlərinə görə, planlaşdırılan hücumun əsas məqsədi Ukraynanın hava hücumundan müdafiə sistemini zəiflətməkdir. Dövlət başçısı bildirib ki, Rusiya bunun üçün raket və pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırır.
Prezident mümkün zərbənin yaxın günlərdə baş verə biləcəyini vurğulayıb.//globalinfo.az























