Sosial mediada etdiyi proqnozlarla tez-tez gündəmə gələn və “zəlzələ kahini” kimi tanınan Frank Hoogerbeets Egey və Aralıq dənizi ətrafında son günlər müşahidə olunan seysmik aktivliyə diqqət çəkib.
O bildirib ki, son 5 gün ərzində bölgədə bir neçə zəlzələ qeydə alınıb. Bunlar arasında Italyada 6 bal gücündə, Yunanistan da 5.5 və 5.1 bal gücündə, Türkiyə də isə 5.1 (Denizli) və 5.3 bal (Tokat) gücündə zəlzələlər baş verib.
Hoogerbeets bu zəlzələlərin baş verdiyi ərazilərə yaxın bölgələrdə daha güclü sarsıntının baş verə biləcəyini iddia edib və xüsusilə Şərqi Aralıq dənizi sahilləri, Krit adası və Egey dənizi ətrafına diqqət yetirilməli olduğunu bildirib.
Qeyd edək ki, onun proqnozları bəzi hallarda müzakirələrə səbəb olur və bir çox alimlər bu iddiaların elmi əsasının olmadığını bildirirlər.

























