Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ağdam rayon sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "KIA Forte" markalı maşın toqquşub.
Hadisə nəticədə sürücülər və "KIA Forte"nin sərnişinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
