Nazirlər Kabineti vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxaq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi qaydalarını təsdiqləyib.
Referans Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarın icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Gənclər və İdman Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
