“Manqal”da sevgilisini bıçaqlayan şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nazir Qasımovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Göyçay Rayon Məhkəməsinin qərarı təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə onun cinayət məsuliyyətindən azad edilməsi hissəsində dəyişdirilib. Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5.1-ci bəndinə əsasən Nazir Qasımov cinayət məsuliyyətindən azad edilib və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 2025-ci ildə saat 21 radələrində Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən “Manqal” kafesində baş verib.

Belə ki, Nazir Qasımov insanların sıx olduğu kafedə ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edib.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxs tanışı olan və “Manqal” kafesini icarə əsasında işlədən, aralarında sevgi münasibətləri oaln zərərçəkmiş Faya Səlimovanın (adı, soyadı şərtidir) kişi müştərilərə xidmət göstərməsini bəhanə edərək onunla münaqişə yaradıb. Bundan sonra üzərində gəzdirdiyi, istintaqla növü müəyyən edilməyən kəsici alətlə — bıçaqla qadının sağ döş nahiyəsinə iki dəfə zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxsin sağ süd vəzisinin yuxarı və orta seqmentlərində yaralar yaranıb.

İbtidai araşdırma zamanı Nazir Qasımovun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə — silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə törədilən xuliqanlıq kimi tövsif olunub.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilib. Bununla da iş üzrə əməlin hüquqi qiymətləndirilməsi dəyişdirilib və məsələ sağlamlığa qəsdən yüngül zərər vurma cinayəti çərçivəsində nəzərdən keçirilib. Məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Nazir Qasımovun barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Bundan başqa, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub./pravda.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki