Türkiyəli aktyor Emrah Aytemur yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılıb.
Referans Media xəbər verir ki, “Sevdiğim sensin” serialında “Ferman” obrazını canlandıran aktyor yol polisi tərəfindən yoxlanılarkən onun yüksək dərəcədə spirtli olduğu üzə çıxıb.
Aparılan yoxlama zamanı Aytemurun 2,69 promil spirtli içki qəbul etdiyi müəyyən edilib.
Hadisədən sonra aktyorun sürücülük vəsiqəsi əlindən alınıb və barəsində hüquqi prosedur başladılıb. İş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Emrah Aytemura verilən 6 aylıq həbs cəzası 18 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Aktyorun bu hadisəyə görə gündəmə gəlməsi Türkiyə mediasında da diqqət çəkib./Musavat.com/
