"12 stul" filminin məşhur aktrisası vəfat etdi

Sovet dövrünün tanınmış balerinası və aktrisası Natalya Trubnikova 71 yaşında Moskvada dünyasını dəyişib.

Referans Media  xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı xəbər yayıb.

Mərhumun meyiti paytaxtın Tverskoy rayonunda yerləşən mənzilində qonşusu tərəfindən tapılıb.

Kanalın məlumatına əsasən, qonşular qadınla sonuncu dəfə səhər saatlarında danışıblar, lakin axşam saatlarında Trubnikova telefon zənglərinə cavab verməyib. Bundan sonra sənətkarın evinə gələn qonşu onu divanda oturmuş vəziyyətdə, cansız halda aşkarlayıb. Mənbə qeyd edir ki, aktrisa Parkinson xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, N.Trubnikova "31 iyun" musiqili nağılında canlandırdığı şahzadə Melisenta obrazı ilə geniş populyarlıq qazanmışdı. O, eyni zamanda "Məhəbbət formulu" və "12 stul" filmlərində rol alıb, həmçinin K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının səhnəsində çıxış edib./oxu.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki