25–31 may 2026-cı il həftəsi üçün bürc proqnozları açıqlanıb. Astroloq Şenay Devi bildirib ki, bu həftə bir çox bürclər üçün daxili dəyişiklik, münasibətlərdə üzləşmə və yeni qərarlar dövrü olacaq.
Qoç – Karyera və münasibətlərdə mühüm dəyişikliklər mümkündür. Keçmişdən gələn insanlar yenidən həyatınıza daxil ola bilər.
Buğa – Maddi və şəxsi həyatda dəyişiklik istəyi güclənəcək. Uzun müddətdir sizi yoran münasibətlərdən uzaqlaşmaq istəyə bilərsiniz.
Əkizlər – Münasibətlərdə həqiqi hisslər ön plana çıxacaq. Yarımçıq qalan iş və layihələr yenidən gündəmə gələ bilər.
Xərçəng – Ailə və evlə bağlı vacib qərarlar verilə bilər. Duyğusal yorğunluq hissi artacaq.
Şir – İş həyatında diqqətçəkən imkanlar yaranacaq. Eyni zamanda sevgi münasibətlərində ciddi qərarlar verilə bilər.
Qız – Həddindən artıq məsuliyyət sizi yoracaq. Özünüzə qarşı daha anlayışlı olmanız tövsiyə edilir.
Tərəzi – Münasibətlərdə uzun müddət gizlədilən problemlər üzə çıxa bilər. Artıq öz fikrinizi açıq demək ehtiyacı hiss edəcəksiniz.
Əqrəb – Həyatınızda böyük dəyişiklik mərhələsi başlayır. Maddi və mənəvi baxımdan yeni dönəmə keçid mümkündür.
Oxatan – Yeni həyat və yeni qərarlar həftəsi olacaq. Şəhər və ya iş dəyişikliyi ehtimal edilir.
Oğlaq – İş və məsuliyyət yükü arta bilər. Daxili yorğunluq hissi ön plana çıxacaq.
Dolça – Yeni insanlar və fərqli imkanlar həyatınıza daxil ola bilər. Sosial çevrəniz dəyişə bilər.
Balıq – Karyera və şəxsi həyatla bağlı mühüm qərarlar gündəmə gələcək. Özünüzü daha çox düşünməyin vaxtı çatıb.
