“3 milyon manat onların cibinə gedir” – Nail Kəmərlidən şok etiraflar backend

“3 milyon manat onların cibinə gedir” – Nail Kəmərlidən şok etiraflar 

  “1 gündə bariqaların, baronların cibinə girən 3 milyona yaxın pul girir. Bu hələ rəsmi rəqəmlərdir. Biri də var qeyri-rəsmi. Görün gündəlik bariqaların, baronların cibinə gələn pul nə qədərdir? Mənim məqsədim odur ki, həmin cibə girən pulların qarşısını alım. Düzdü, birdəfəlik qarşısını ala bilməyəcəm. Çünki mən təkəm. Burada milyonlar var. Milyonların qarşısında mənim aylıq 1500-2000 manat qazancımla onu ala bilmərəm”.

Bu sözləri Baku TV-də yayımlanan “Qapqara” verilişinin qonağı olan teleaparıcı Nail Kəmərli deyib. O, özünə belə narkotik vasitələrin təklif edildiyini bildirib:

“Gördüm ki, Hikmət mənim bilmədiklərimi mənə dedi. Mənim kimi də çəkilişlərimə baxan milyonlarla insan ayıldı. Gördülər ki, narkotik nədir. Doğrudan da, bu gün dövriyyədə olan narkotik vasitələr zir-zibildir. Onların dövründə əvvəllər narkotik vasitələrin tərkibində psixotrop maddələr yox idi. Onların ağrısından çıxmaq rahat olurdu. Hikmət demişdi ki, 1 “sən öl”ə narkotiki, iynəni tərgidənlər olub. Çünki narkotiklərin ağrısı, beyni zədələmə gücü o qədər də yox idi. Amma bu günkü gün olan narkotik vasitələr psixotrop tərkiblidir. Adamı bildiyin dəli edir, 360 dərəcə dəyişir. Həmin maddəni 100 nəfər adam qəbul etsin, yüzünün də hərəkətləri, danışığı eyni formaya düşür. Bir növ zombiləşdirir. Mən artıq hər hansı məhəlləyə, əraziyə gedəndə artıq bilirəm ki, qarşıdan gələn istifadə edəndir. Hikmət də həmin dövrdə istifadə edənlərdən olub. O vaxt elə idi ki, göz önündə olmurdular, nəsə təklif etmirdilər. Uşaqlar maraq edəndə bir dənə ilişdirirdilər ki, keç o tərəfə. Amma indikilər istəyir ki, onların sayı çox olsun. Mənim özümə nə qədər təklif edirlər ki, bəlkə edəsən. Deyirlər ki, bu şeyin içərisindəsən də, bir dadına bax gör nədir. Otururam baxıram, danışa bilmirəm. Beynimdə deyirəm ki, bəlkə dadına baxım görüm nə olan şeydir. Həmin an mən ayılmışam ki, yox Nail, o deyil. Gör indi mənim kimi 39 yaşlı birinə bunu təklif edirlərsə, gör cavanlar nə təhər aldanırlar?”

//yenisabah.az



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki