Uzun müddətdir televiziya ekranlarından uzaq qalan türkiyəli aktrisa Merve Boluğur bu dəfə sosial media fəaliyyəti ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, o, İnstaqram hesabında izləyiciləri üçün ödənişli abunə sistemini aktivləşdirib.
"Kuzey Güney", "Acemi Cadı", "Küçük Sırlar" və "İçimdeki Fırtına" kimi məşhur seriallarda rol alan aktrisa, 3,8 milyon izləyicisi olan İnstaqram hesabında eksklüziv məzmunlarını yalnız abunəçilərlə paylaşmağa başlayıb.
Merve Boluğur aylıq abunə haqqını 60 türk lirəsi olaraq müəyyənləşdirib. Sistemin istifadəyə verilməsindən qısa müddət sonra onun ödənişli kanalına 481 nəfərin qoşulduğu bildirilir.
Bu göstərici ilə aktrisanın qısa müddətdə diqqətçəkən gəlir əldə etdiyi qeyd olunur.
Qeyd edək ki, İnstaqramın ödənişli abunə funksiyası son dövrlər məşhurlar arasında geniş yayılıb. Daha əvvəl aparıcı Ece Erken və müğənni Gülben Ergen də izləyicilərinə eksklüziv məzmun təqdim etmək üçün bu sistemdən istifadə etməyə başlayıblar.
