Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.
Referans Media Report-a istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai" və "Niva" markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan "Hyundai"da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
Faktla bağlı araşdırma aparılır.
