Fransa tarixinin ən isti iyul ayını yaşayıb

Fransada 2026-cı ilin iyul ayı orta hesabla 24,9 dərəcə temperaturla müşahidə tarixinin ən isti iyul ayı olub.

Meteorologiya xidməti Meteo-France bildirib ki, ölkədə 1990-cı ildən bəri aparılan müşahidələr dövründə belə yüksək orta temperatur ilk dəfə qeydə alınıb.

Bununla yanaşı, iyul ayında yağıntı normadan 70 faiz az olub və ay tarixdə üçüncü ən quraq iyul kimi qeydə alınıb. Mütəxəssislər isti hava və quraqlığın meşə yanğınları riskini artırdığını bildirirlər. Bu il Fransada 117 min hektar ərazi yanaraq külə dönüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki