ABŞ ilə İran arasında münaqişənin diplomatik yolla həlli istiqamətində təmaslar davam edir.
Referans Media xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.
O qeyd edib ki, danışıqlar artıq irəliləmiş mərhələyə çatıb.
“Doha bu istiqamətdə münaqişənin bütün tərəfləri ilə işləyir və vasitəçilik təmasları bir an belə dayanmır. Hazırda Vaşinqton və Tehran gələcək razılaşmanın layihələrini Qətər, Oman və Pakistanın vasitəçiliyi ilə bir-birinə çatdırır. egion ölkələri gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə fəaliyyət göstərirlər”, – deyə rəsmi bildirb.
Bununla belə, diplomat vurğulayıb ki, ABŞ və İran arasında birbaşa danışıqların keçirilməsi ilə bağlı hələlik plan yoxdur və bütün təmaslar yalnız vasitəçilər üzərindən həyata keçirilir.
Xatırladaq ki, avqustun 4-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında davam edən danışıqların İran üçün sərfəli razılaşma əldə etmək baxımından son şans olduğunu bəyan etmişdi. O, İran rəhbərliyinə “son fürsəti” vermək istədiyini bildirmişdi.
