image-ronaldo-alnasrbackend

40 yaşında da zirvədə: Ronaldonun böyük məqsədi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı futbolçu Kristiano Ronaldo karyerasında 1000 qol həddinə çatmadan futboldan ayrılmaq niyyətində olmadığını açıqlayıb.

“Referans MEDİA”-nın xəbərinə görə, Dubayda keçirilən mükafatlandırma mərasimində çıxış edən 40 yaşlı Ronaldo bildirib ki, əsas məqsədi kuboklar qazanmaq və çoxlarının səbirsizliklə gözlədiyi 1000 qolluq göstəriciyə çatmaqdır. Onun sözlərinə görə, ciddi zədə ilə üzləşməzsə, bu hədəfə mütləq nail olacaq.

Motivasiyasının hələ də çox yüksək olduğunu deyən ulduz futbolçu qeyd edib ki, harada – Yaxın Şərqdə, yoxsa Avropada oynamasının fərqi yoxdur, o, futbolu sevir və oynamağa davam etmək istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki