68 yaşlı motosiklet sürücüsü QƏZADA ÖLDÜ

Sabirabad şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Referans Media xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, Sabirabad şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır./Ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki