Gəncədə idarə etməni itirən sürücü "Mercedes" markalı avtomobilini ağaca çırpıb.
Referans Media xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Yusif Sadıqov xəsarət alıb.
Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir./Teleqraf.az/

