Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər daxil olub. Müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.
Nazirliyin mətbuat xidmətindən Referans Media-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 uşaq xilas edilib.
