İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media bildirir ki, hadisə ilə bağlı "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.
Belə ki, "Niva" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.
