7-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Referans Media xəbər verir ki, avqustun 25-i saat 18 radələrində Xırdalan şəhər sakini 2025-ci il təvəllüdlü Sadiq Elvin oğlu Atakişiyev 7-ci mərtəbədə yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki