Pakistanın paytaxtı İslamabadda xəstəxananın yenidoğulmuşlar şöbəsində baş verən yanğın nəticəsində 15 körpə həyatını itirib.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, hadisə Pakistan Tibb Elmləri İnstitutunda yerli vaxtla saat 06:45-də kondisioner kompressorunun partlamasından sonra baş verib.
Səlahiyyətlilərin məlumatına görə, yanğın zamanı şöbədə olan körpələrdən yalnız biri xilas edilib, 15-i isə ölüb.
Yanğın söndürülüb, hadisənin səbəblərinin araşdırılması üçün istintaq komitəsi yaradılıb.
