"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

Hamilə qadının övladı ölü doğulub, yaxınları həkimi ittiham edirlər...

İkinci övladının dünyaya gəlməsini gözləyən qadın doğuş üçün xəstəxanaya aparılsa da, balasını qucağına ala bilməyib.

Faciəvi hadisə Xəzər rayonu Buzovna qəsəbəsinin sakini Səadət Musaibovanın başına gəlib.

O, doğum üçün xəstəxanaya vaxtında çatdırılsa da, övladı ölü doğulub. Valideynləri bu məsələdə həkim səhlənkarlığının olduğunu iddia edirlər:

Anasının dediyinə görə, elə həmin axşam saat 8-ə 15 dəqiqə işləmiş Səadət Musaibovanı əməliyyat etsələr də, uşağı xilas etmək mümkün olmayıb. Səadət Musaibovanın ailəsinə uşağın ölü doğulduğu deyilib.

Səadətin anası İradə Rəhimovanın sözlərinə, görə qızının son ultrasəs müayinəsi zamanı ona qeysəriyyə əməliyyatı tövsiyə edilsə də, 26 saylı birləşmiş şəhər xəstəxanasında həkim Rəna Həsənova bunu məsləhət bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki