Cənubi Amerika ölkəsi Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 331-ə yüksəlib.
Referans Media xəbər verir ki, Milli Fəlakət Risklərinin İdarə Edilməsi Birliyinin məlumatına görə, zəlzələdə 4 439 nəfər yaralanıb, 240 itkin şəxsin və 364 nəfərin dağıntılar altından sağ çıxarıldığı bildirilib.
Hökumət zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması məqsədilə “iqtisadi, sosial və ekoloji fövqəladə vəziyyət” elan edib.
Ölkə Prezidenti Abelardo de la Espriella zəlzələnin ilkin hesablamalara görə 9,5 milyard dollar həcmində zərərə səbəb olduğunu açıqlayıb. Hökumət evlərini itirən ailələrə kirayə yardımı, yeni mənzil və digər dəstək tədbirləri göstərməyi planlaşdırır.
