ABŞ-dan Türkiyəyə 700 milyon dollarlıq JEST - "Kaan" qırıcılarına yeni nəfəs verilə bilər

Amerika administrasiyası Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərriklərinin tədarükü ilə bağlı sövdələşməyə başlamaq niyyətindədir.

Referans Media  xəbər verir ki, bu barədə "Reuters" agentliyi Konqresə göndərilən bildirişə istinadla məlumat yayıb.

Söhbət "General Electric" şirkəti tərəfindən istehsal olunan və Türkiyədə hazırlanan beşinci nəsil "Kaan" qırıcıları üçün istifadə ediləcək bir neçə onlarla mühərrikin tədarükündən gedir. Bu sövdələşmə iyulun əvvəlində Ankarada keçiriləcək qarşıdakı NATO sammiti kontekstində mühüm addım kimi qiymətləndirilir.

ABŞ Konqresinin razı olmadığı təqdirdə sövdələşməni bloklamaq üçün 15 günü var. Mühərriklərin tədarükü, xüsusən də Türkiyə 2017-ci ildə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə F-35 proqramından çıxarıldıqdan sonra, Ankaraya doğru əhəmiyyətli bir jest olacaq.

"Kaan" qırıcısı Türkiyədə 2017-ci ildən "Milli Döyüş Təyyarəsi" proqramı çərçivəsində hazırlanır. Seriya istehsalına 2028-ci ildə başlanılması gözlənilir. Türkiyə hakimiyyəti əmin edir ki, "Kaan" taktiki-texniki xüsusiyyətlərinə görə F-35-i üstələyəcək və ölkənin Hərbi Hava Qüvvələrinin silahlanmasında olan köhnəlmiş F-16 qırıcılarını əvəz edə biləcək./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki