“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri həyata keçirilir.

 

Referans Media NOCOMMENT.az-a isdinadən xəbər verir ki , “Azəriqaz”ın baş direktoru Azər Məmmədov Regional Qaz İstismarı İdarələrinin (RQİİ) rəislərinə ştat ixtisarı ilə bağlı tapşırıq verib.

 Məlumata əsasən, dəyişikliklər SOCAR-ın “Birlik” Strategiyası və Transformasiya proqramı çərçivəsində həyata keçirilir.

 
Bu çərçivədə A.Məmmədov RQİİ-lərin rəhbərlərinə 2026-cı ilin sonunadək SOCAR tərəfindən müəyyən edilmiş ştat ixtisarı hədəflərinin icrasını təmin etməyi tapşırıb.

 

Bunun üçün Regional Qaz İstismarı İdarələrinin 2026-cı il üzrə təsdiq edilmiş qulluqçu və fəhlələrin ştat cədvəllərində dəyişikliklərin aparılması göstərişi verilib. (Plat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki