DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 58, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


 
Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, axtarışda olan ümumilikdə 158 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 
Eyni zamanda, narkotiklərlə bağlı 26, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə əlaqədar 6 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki