Binəqədidə içməli sudan pis qoxu gəlir.
Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayıəş massivinin sakinləri iddia edirlər ki, qəsəbədən keçən çirkab su içməli suya qarışıb.
Referans Media xəbər verir ki, sakinlər iddia edirlər ki, suyun təyziqinin aşağı olması və kəskin qoxu ilə bağlı aidiyyəti qurumların qaynar xəttinə müraciət ediblər, amma nəticə dəyişməyib.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, hazırda araşdırma aparılır. Suyun tərkibi və keyfiyyəti gündəlik və həftəlik analiz edilir. Göstəricilər standartlara tam uyğundur. Araşdırmanın nəticəsinə uyğun olaraq əlavə tədbir görüləcək. Qurumdan bildirilib ki, mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.Anbarlardan qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədi ilə texniki işlər icra edilir. Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
