Avropa Komissiyası Aİ-yə namizəd ölkələrə bloka tam üzv olmadan əvvəl iqtisadi güzəştlər təqdim etməyi nəzərdə tutan yeni təşəbbüz üzərində işləyir.
Referans Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Təşəbbüs Avropa Komissiyasının “tədricən inteqrasiya” planının tərkib hissəsidir. Plan çərçivəsində namizəd ölkələrə bəzi Aİ maliyyələşdirmə proqramlarına çıxış, güzəştli ticarət razılaşmaları və vahid bazara qismən giriş imkanı verilə bilər.
Bildirilib ki, bu addım tam üzvlük prosesi uzun çəkən ölkələri islahatları davam etdirməyə həvəsləndirmək məqsədi daşıyır.
Nəşr qeyd edib ki, əvvəlki təşəbbüslərdən fərqli olaraq, yeni model namizəd ölkələrə siyasi hüquqlar deyil, iqtisadi üstünlüklər təqdim etməyi nəzərdə tutur.
Fransa və Almaniya bu ideyanı dəstəkləyir. Avropa Komissiyası təşəbbüslə bağlı Aİ ölkələrinin razılığını almağa çalışır və məsələnin oktyabr və ya dekabrda keçiriləcək Avropa Şurası iclaslarında müzakirəyə çıxarılması gözlənilir.
Qeyd olunur ki, ölkələrə veriləcək güzəştlərin həcmi onların həyata keçirdiyi islahatlardan və Aİ qaydalarına uyğunluq səviyyəsindən asılı olacaq.publika.az
