image-gemibackend

ABŞ-ın atom aviadaşıyıcıları Hörmüz yaxınlığına yerləşdirildi: Nə baş verir?

Ərəb dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 14 gəmi dislokasiya olunub.

Referans Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun yaydığı məlumatda bildirilir.

Vaşinqtonun Hörmüz boğazında blokadaya başladığı gün bölgədə “USS Abraham Lincoln” atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu yerləşib. Bu qrupa, həmçinin “Spruance” və “Petersen” esminesləri daxildir.

Eyni zamanda Ərəb dənizində “Tripoli”, “New Orleans” və “Rushmore” desant gəmisindən ibarət qrup da mövcuddur.
Bundan başqa, bölgədə müstəqil şəkildə fəaliyyət göstərən daha səkkiz esmines yerləşir. Onların arasında “USS Murphy” də var. Bu gəmi “Petersen” ilə birlikdə aprelin 11-də mina təmizləmə missiyası çərçivəsində Hörmüz boğazından keçib.

ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, yaxın vaxtlarda bölgəyə “George H.W. Bush” aviadaşıyıcısı da qoşulacaq. Qeyd edək ki, “USS Abraham Lincoln” aviadaşıyıcısı müşayiət edən iki gəmi ilə birlikdə İran sahillərindən təxminən 200 kilometr cənubda, Oman körfəzi yaxınlığında qərarlaşıb. Yaxın Şərqdə müharibə başlayandan bəri ABŞ-ın atom aviadaşıyıcıları İran ərazisinə bu qədər yaxın məsafədə yerləşməmişdi.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki