image-tramp-0112-900x600-1backend

“İki günə nə isə baş verəcək” – Tramp İranla bağlı anons verdi

ABŞ prezidenti Donald Tramp İranla danışıqların yaxın iki gün ərzində Pakistanda bərpa oluna biləcəyini istisna etməyib.

Referans Media xəbər verir ki, bu barədə o, “New York Post” nəşrinə müsahibəsində deyib.

Tramp qeyd edib ki, yaxın günlərdə mühüm hadisələr baş verə bilər: “İslamabadda qalmağınız yaxşı olar, çünki növbəti iki gün ərzində nəsə baş verə bilər. Biz ora getməyə daha çox meyilliyik.”

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır və mümkün danışıqlar regionda diqqətlə izlənilir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki